Şənbə, 7 İyun, 2025

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı


  • Dərc edildi: 5 İyul, 2023 - 14:40
“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

 Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 24-29 iyul tarixlərində Bakı şəhərində 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün kibertəhlükəsizlik sahəsində “Cyber Summer School - 2023” yay düşərgəsi təşkil ediləcəkdir. Ənənəvi olaraq hər il baş tutan yay düşərgəsi ərzində yerli və xarici mütəxəssislər tərəfindən düşərgə iştirakçıları üçün kibertəhlükəsizlik sahəsində təlimlər təşkil ediləcək, o cümlədən texnoloji turlar və sonda kibertəhlükəsizlik sahəsində bilik yarışı (“CTF”) həyata keçiriləcəkdir.

 Qeyd etmək lazımdır ki, “Cyber Summer School - 2023” yay düşərgəsinin əhatə dairəsi və beynəlxalq əhəmiyyəti daha da genişləndirilmişdir. Belə ki, bu il təşkil ediləcək düşərgəyə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrin də yeniyetmələrindən ibarət komandalar cəlb ediləcək.

 Ödənişsiz əsaslarla təşkil ediləcək düşərgədə 12-16 yaş aralığında olan, ingilis dilində təşkil ediləcək təlim və yarışlarda iştirak etmək üçün zəruri

ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik olan yeniyetmələr iştirak hüququ qazanacaq.

 Düşərgədə iştirak üçün seçim iki mərhələdən ibarət müsabiqə çərçivəsində həyata keçiriləcək. Müraciətçilər birinci mərhələdə məntiq, ingilis dili və kompüter bilikləri üzrə onlayn test imtahanında iştirak edəcək. İkinci mərhələdə isə həmin imtahanda uğur qazanan şəxslərlə əyani müsahibələr təşkil ediləcək. Düşərgədə yalnız bu mərhələlərdə uğur qazanan şəxslər iştirak hüququ əldə edəcək.

 Qeyd edək ki, “Cyber Summer School” 2021-ci ildən etibarən hər il təşkil edilir. Layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan düşərgə iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.

Qeydiyyat üçün keçid: 
https://l24.im/toQ2K

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 130
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...