6 İyun 09:28

70 illik yubiley – Səmədağa Cəfərovun yaradıcılıq sərgisi

Səmədağa İbrahim oğlu Cəfərov 1946-cı il aprelin 27-də Bakı şəhərində Mərdəkan qəsəbəsində anadan olmuşdur. Hələ uşaq ikən rəsm çəkməyə başlamış və bu həvəs onu 1964-cü ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbinə gətirib çıxarmışdır. 1971-ci ildə bu məktəbdən məzun olmuşdur. 1973-1978-ci illərdə Rusiyanın Leninqrad şəhərində V.İ. Muxina adına ali rəssamlıq məktəbində keramika və şüşə rəssamı kimi təhsil almışdır.

2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Təsviri sənət” kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir.

70 illik yubiley yaradıcılıq sərgisinin açılışı 7 iyun 2016-cı il tarixində saat 18:00-da Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda keçiriləcəkdir.

Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)