Şənbə, 23 Avqust, 2025

Hiss və düşüncələrinizi kətan üzərinə köçürə biləcəyiniz vorkşop


  • Dərc edildi: 25 İyul, 2022 - 18:38
Hiss və düşüncələrinizi kətan üzərinə köçürə biləcəyiniz vorkşop

Hiss və düşüncələrinizi kətan üzərinə köçürə biləcəyiniz vorkşop 

"Qavrayışı formalaşdıraraq" vorkşopu zamanı əsərləri cari sərgidə nümayiş olunan rəssam Murad Vəliyevin rəhbərliyi altında iştirakçılar inşaat köpüyü, sap və akril daxil olmaqla müxtəlif materiallardan və texnikalardan istifadə edəcəklər, həmçinin modanı müasir incəsənətdə necə tətbiq etməyi öyrənəcəklər.

Murad, İstanbul, Moskva və Bakı kimi şəhərlərdə moda və müasir incəsənət sahələrində çalışan gənc rəssamdır. Onun yaradıcılığının ilham mənbəyi cəmiyyətimizin müxtəlif stereotipləridir və o, modanı müasir incəsənətlə birləşdirərək əsərlər yaradır. Onun əsərləri "L’Officiel Azerbaijan", "Elle Russia", "Cosmopolitan Turkiye", "GQ", "Esquire", "Schön!", "Based Istanbul" və "Vogue" kimi nəşrlərdə dərc olunub.

Yaş həddi: 16+

28 iyul, 19:00

Qeydiyyat üçün: 050 251 41 17 (çərşənbə axşamı – cümə, 12:00 – 18:00)

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 404
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7281
Sumqayıt Dövlət Univ...