Çərşənbə axşamı, 22 İyul, 2025

Rəqəmsal Məhsul Təcrübə Proqramı


  • Dərc edildi: 18 Avqust, 2023 - 19:17
Rəqəmsal Məhsul Təcrübə Proqramı

Rəqəmsal Məhsul Təcrübə Proqramı

 

 

Qoor “Rəqəmsal Məhsul Təcrübə Proqramı” elan edir. Bu təcrübə proqramı rəqəmsal sfera ilə maraqlanan, öz sahəsini hələ seçməmiş, məsuliyyətli tələbələri hədəfləyir.

 

Proqramın məqsədi:

Bu təcrübə proqramının əsas məqsədi 1-3-cü kurs arası tələbələr üçün 1 ay ərzində bir rəqəmsal məhsulun yaranma prosesinin necə olduğunu həm praktiki həm də nəzəri olaraq göstərməkdir. Bu proqram həftədə bir dəfə rəqəmsal məhsulla bağlı təlim almaq və illərdir təcrübəsi olan insanlarla işləmək şansı yaradacaq.

 

 

İşləmə forması: 

Təcrübə proqramı part-time olaraq həyata keçirilir və namizəddən 1 ay ərzində hər gün 4.5 saat ayırması gözlənilir. İşləmə forması hybriddir, həftədə 1 dəfə ofisdə və 4 gün evdə olmaqla keçiriləcək.

 

Təlimlər: 

  • Məhsul sahibi nə edir?, Məhsul sahibi kimlərlə işləyir?
  • UX nədir, haralarda tətbiq olunur, məntiqi necə işləyir
  • Rəqəmsal məhsullarda istifadə olunan marketinq strategiyaları və səbəbləri
  • Agile nədir, niyə tətbiq olunur, hansı məhsullar üçün keçərlidir

 

Təcrübə proqramı üçün həftədə bir dəfə ofisə gəlmək şərt olduğu üçün bəzi xərclərin qarşılana bilməsi üçün ödəniş nəzərdə tutulub.

 

Qeydiyyatın son tarixi: 23 Avqust 

Qeydiyyat linki: https://forms.gle/bWN68fN5zek5xPWi8

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4001
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2332
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 206
Bu gündən tələbələri...