reklam

Türkiyə-Azərbaycan Universitetinə katib vəzifəsinə vakansiya elan olunur

Türkiyə-Azərbaycan Universitetinə (TAU) katib vəzifəsinə ünsiyyət bacarıqlarına malik, planlaşdırma və təşkilatçılıq işlərində təcrübəli əməkdaş axtarılır. Bu vəzifədə çalışan şəxs inzibati prosesləri idarə edəcək. Universitet daxilində və xaricində yazışmaların effektiv şəkildə həyata keçirilməsindən məsul olacaq. 

Vəzifə və öhdəliklər:

  • Tədris işləri üzrə prorektorun iştirak edəcəyi iclas və tədbirlər üçün hazırlıqlar aparmaq, lazımi məlumatları və koordinasiyanı təmin etmək;
  • Universitet daxilində və xaricində rəsmi yazışmaları hazırlamaq və nəzarət etmək;
  • Tədris işləri üzrə prorektorun qəbuluna gələn qonaqları qarşılamaq və istiqamətləndirmək;
  • Sənədlərin arxivlənməsi və sənəd dövriyyəsi işlərini həyata keçirmək;
  • Məxfilik prinsiplərinə uyğun olaraq idarəetmə ilə bağlı xüsusi məlumatların qorunmasını təmin etmək. 

Tələblər:

  • Təhsil: Ali, bakalavr dərəcəsi (Təhsil idarəçiliyi, idarəetmə və ya oxşar sahə üzrə təhsil almış ola bilər);
  • İş təcrübəsi: İnzibati işlərdə ən az 2 il;
  • Dil biliyi: Azərbaycan, ingilis və türk dilləri (yazılı və şifahi ünsiyyət);
  • Kompüter bilikləri : MS Office proqramları;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Detallara diqqət yetirən və məxfiliyə riayət edən;
  • İdarəetmə və koordinasiya bacarıqları.

 

Tələblərə uyğun namizədlər müraciətlərini CV və motivasiya məktubu ilə birlikdə mövzu yerində mövcud vakansiya adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.  

Müraciət üçün son tarix: 15.10.2024


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az