Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi aşağıdakı ixtisaslar üzrə Metodist vəzifəsinə VAKANSİYA elan edir:
1. Azərbaycan dili
2. Riyaziyyat
3. İngilis dili
4. İbtidai təhsil
5. Kimya
6. Fizika
7. Psixoloq
Tələblər:
• Pedaqoji ali təhsil;
• Pedaqoji təcrübə (7 ildən az olmayaraq, ümumtəhsil məktəbində təcrübəyə üstünlük verilir);
• DQ və Sertifikasiya balı – 80 faizdən yuxarı;
• Yüksək səviyyədə Azərbaycan dili biliyi;
• “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
• Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
• Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
• Monitorinq və qiymətləndirmə bacarığı;
• Xarici dil bacarığı (arzuolunandır);
• Komandada işləmə və əməkdaşlıq etmə bacarığı;
• Müxtəlif mənbələrdən araşdırma etmə bacarığı;
• Təqdimat və təlimçilik bacarığı (təlim materialı hazırlamaq, təlim keçmək).
• Emosional zəka
• Minimum yaş həddi - 30 yaş
• Beynəlxalq sertifikatları olanlara üstünlük verilir.
Vakansiya üzrə müsabiqə:
I mərhələ: (CV qəbulu)
• Müraciət formalarının dəyərləndirilməsi.
II mərhələ: (imtahan prosesi)
• Namizədlərə pedaqogika və metodika, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, riyazi məntiq üzrə hər birindən 10 sual olmaqla ümumilikdə 40 test tapşırğı təqdim edilir.
25 tapşırığı cavablandıran namizədlər müsahibə mərhələsinə dəvət olunur.
III mərhələ: (müsahibə)
• Test mərhələsini uğurla keçən namizədlərin potensial imkanlarını daha dəqiq dəyərləndirmək məqsədi ilə müsahibə mərhələsi təşkil olunacaq.
Müsahibə mərhələsindən uğurla keçən namizədlər komandamızın üzvü olacaq.
Qeyd: Namizədlər hazır CV formalarını verilmiş elektron ünvana ([email protected]) mövzu yerinə “Metodist” yazaraq göndərəcəklər.
Son müraciət tarixi: 08.09.2023-cü il
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur