Cümə axşamı, 4 Sentyabr, 2025

Ümumi təhsilin təşkili üzrə mütəxəssis vakansiyası üçün işçi axtarılır


  • Dərc edildi: 19 Fevral, 2024 - 20:05
Ümumi təhsilin təşkili üzrə mütəxəssis vakansiyası üçün işçi axtarılır

Elm və Təhsil Nazirliyinin tabe qurumuna Ümumi təhsilin təşkili üzrə mütəxəssis vakansiyası üçün işçi axtarılır.

Vəzifə öhdəlikləri
-   Dövlət təhsil standartlarına uyğun olaraq keyfiyyət səviyyəsinin 
müəyyənləşdirilməsi məqsədilə dövlət ümumi təhsil müəssisələrində monitorinq və qiymətləndirmələrin həyata keçirilməsində iştirak edilməsi;
-    Müvafiq normativ hüquqi aktların, dövlət proqramlarının və digər layihələrin hazırlanması ilə bağlı təkliflərin hazırlanması, onların icrasının təmin edilməsi;
-     Şöbəyə daxil olmuş müvafiq ərizə, şikayət və təkliflərin cavablandırılmasının təmin edilməsi;
-     Azərbaycan Respublikasının Qanunvericilik tələblərinə uyğun olaraq sənədləşmə işinin təşkili və aparılmasını icra etməli.



Xüsusi tələblər
-       Ali təhsil : humanitar, sosial və təhsil ixtisasları qrupu;
-       Təhsil sahəsində ən az 1 il iş təcrübəsi;
-       Kompüter proqramları üzrə bacarıqlar;
-       Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.


Müraciət üçün: [email protected] (Mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd olunması mütləqdir)
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulmuşdur.

Son müraciət tarixi: 27.02.2024

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1103
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 255
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8104
Sumqayıt Dövlət Univ...