reklam

Azərbaycanda ilk dəfə “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi”  baş tutacaq

Azərbaycanda ilk dəfə “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi”  baş tutacaq.

 

“Dəstəkçi” – Sosial Sahibkarlıq Platforması, Education HUB-ın təşkilatçılığı  və Dövlət Məşğulluq Agentliyinin dövlət tərəfdaşlığı ilə baş tutacaq sərgi  Dəyər Günləri (İmpact Days)  çərçivəsində keçirilən silsilə tədbirlərdən biridir. Dəyər günləri ölkə ictimaiyyətinə Azərbaycandakı sosial ekosistemin tanıdılması, sosial bizneslər haqqında məlumatlandırma və  korporativ əməkdaşlıqların qurulmasını ehtiva edir.

“1-ci Sosial Satınalmalar Sərgisi”-  Azərbaycanda faəliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro və kiçik sahibkarlıq subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsullar daxil etmək istəyən və həmçinin öz korporativ sosial məsuliyyət faəliyyətlərinin effektiviyini daha da artırmaq istəyən orta və böyük şirkətləri bir araya gətirəntədbirdir.

 

 

“1-ci Sosial Satınalmalar Sərgisi”-in məqsədi:

•             Sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro və kiçik sahibkarlıq subyektlərini B2B satışlara təşviq etmək və özəl sektorda orta və böyük bizneslərlə B2B əlaqələrinin qurulması üçün dəstək olmaq

•             Özəl sektor orta və böyük biznesləri satınalmaları sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsullar istehsal edən mikro və kiçik sahibkarlıq subyektləri vasitəsilə edərək cəmiyyətə faydalı bizneslərin inkişafı və böyüməsinə töhfə verməyə təşviq etmək.

•             Özəl sektor biznesləri arasında sosial satınalma mədəniyyətini yaratmaq və təşviq etmək.

•             Korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyinin artırılmasına töhfə vermək

 

Sərginin özəl tərəfdaşları: Morpho Marketinq Agentliyi – Kreativ-dijital  tərəfdaş , FemTech   şirkəti, Edumap.az  Təhsil Portalı – İnformasiya dəstəkçisi, "Rotaract Club of Baku" təşkilatı, "ESN Azerbaijan"  təşkilatı 

 

Sərginin keçirilmə tarixi: 10 dekabr 

 

Ölkəmizdə ilk dəfə baş tutacaq bu sərgidə siz də öz yerinizi almaq və B2B satışlar üçün yeni partnyor və əməkdaşlıqlara hazıram deyirsinizsə qeydiyyatdan keçməyə tələsin.

 

Son qeydiyyat tarixi 30 noyabr. 

Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı forma keçid edə bilərsiniz.

https://forms.gle/E8PUYFEzKnBz5ay86

Sərgi ilə bağlı hər- hansı suallarınız varsa bu nömrə ilə əlaqə saxlaya bilərsiniz 

+994 70 538 64 72 – Etibar Xıdırov 

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az