Insan resursları departamentinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya

Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resursları departamentinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir.

 

Vəzifə öhdəlikləri:

· Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, yerdəyişməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və digər  sənədlərin rəsmiləşdirilməsi;

· İşçilərin şəxsi işlərinin formalaşdırılması;

· İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;

· Məzuniyyət qrafikininin və cədvəlinin tərtibi və təmin edilməsi;

· İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edilməsi;

· Kadrlar üzrə hesabatların tərtib edilməsi;

· Kadr sənədləşməsinə mütəmadi nəzarət;

· Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində təsdiqlənmiş strukturun və ştata uyğun olaraq işçilərin düzgün yerləşdirilməsi.

Tələblər: 

· Ali təhsil;

· İnsan resursları sahəsində minimal iş təcrübəsi – 1-3 il; 

· AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək, bu sahədə praktiki təcrübəyə malik olmaq;

· Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;

· Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və işçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi bilmək;

· Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.);

· İşgüzar davranış etikası.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.                                                             

Müraciət üçün son tarix: 30.06.2024-cü il saat 18:00


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az