Çərşənbə, 30 İyul, 2025

“Media könüllüləri” Proqramına yenidən qeydiyyat başladı


  • Dərc edildi: 23 Avqust, 2024 - 19:38
“Media könüllüləri” Proqramına yenidən qeydiyyat başladı

“Media könüllüləri” Proqramına yenidən qeydiyyat başladı

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə “Media könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir.

Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.

Media sahəsində MEDİA könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər linkə daxil olaraq qeydiyyatdan keçməlidir.

“MEDİA könüllüləri” Proqramı 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi 6 sentyabrdır.

Media sahəsində MEDİA könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz  https://media.gov.az/media-konulluleri-qeydiyyat-formasi/

Daha ətraflı məlumat almaq üçün suallarınızı [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.

 Müraciət üçün son tarix: 6 sentyabr, 2024-cü il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 261
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 861
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 735
Azərbaycan Texnologi...