Cümə axşamı, 21 Avqust, 2025

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi məktəblinin dostu vəzifəsinə işçi qəbulunu elan edir


  • Dərc edildi: 27 Avqust, 2024 - 16:51
Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi məktəblinin dostu vəzifəsinə işçi qəbulunu elan edir

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi məktəblinin dostu vəzifəsinə işçi qəbulunu elan edir.

 

Region:

- Bakı, Sumqayıt, Xırdalan şəhərləri üzrə;

Tələblər:

- Ali təhsil;

- 21-30 yaş aralığı;

- Azərbaycan dilində səlis danışmaq;

- Xarici dil bilikləri olanlara üstünlük veriləcək.

-Bakı, Sumqayıt, Xırdalan şəhərləri üçün vakansiyalara yalnız kişi namizədlər işə qəbul olunacaq.

-Namizədlər mütləq hərbi bilet təqdim etməlidirlər.

Öhdəliklər:

- Məktəb heyəti və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq;

- Fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək;

- Şagirdlərin özünüinkişaf və intellektual bacarığının formalaşdırılmasında iştirak etmək.

Tələblərə uyğun namizədlər test imtahanı mərhələsində iştirak edirlər.

İmtahanda məntiq və ümumi dünyagörüşünə aid bilikləri yoxlamaq məqsədilə suallar təqdim olunur. Bu mərhələdə uğur qazanan namizədlər müsahibəyə dəvət edilir və müsahibədən keçən namizədlər təlimlərə cəlb olunurlar.

İşə müraciət üçün aşağıdakı linkə daxil olaraq anketi doldurmaq lazımdır.

ANKET

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 01.09.2024

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 146
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7105
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1843
Azərbaycan Texnologi...