Cümə, 22 Avqust, 2025

İntellektinə güvənən tələbə gənclər, meydan sizindir!


  • Dərc edildi: 10 Sentyabr, 2024 - 22:54
İntellektinə güvənən tələbə gənclər, meydan sizindir!

İntellektinə güvənən tələbə gənclər, meydan sizindir! 

 

Qeydiyyatdan keçməyə tələsin!

Hər birinizi tələbə gənclər üçün təşkil olunan “Fibonacci” intellektual oyunu üzrə “GİNius tələbə gənclər kuboku 2024” adlı yarışda iştirak etməyə dəvət edirik.

Yarışda yaşı 14-dən 29-dək olan tələbə statusuna malik hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Yarış Bakı şəhərində keçiriləcək, 12 seçmə (ayda iki dəfə) və final oyunlarından ibarət olacaq. Seçmə oyunların keçirilmə tarixləri qeydiyyatdan keçmiş bütün komandalara göndəriləcək.

Qeydiyyatdan keçmək üçün komanda kapitanı [email protected] ünvanına elektron məktub göndərməlidir. Hər bir komandanın ərizə vərəqəsində və oyun zamanı heyətində maksimum 5 iştirakçı ola bilər. Ərizə vərəqəsində komandanın adı, iştirakçıların S.A.A., doğum tarixləri, əlaqə üçün telefon nömrələri, təhsil aldıqları ali təhsil müəssisəsinin və fakültənin adları qeyd olunmalıdır.

Ətraflı məlumat üçün əlaqə: [email protected] və 051 813 21 34

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 267
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...