Bazar, 3 Avqust, 2025

Mərakeş azərbaycanlı gənc rəssamların gözü ilə Rəsm müsabiqəsi


  • Dərc edildi: 26 Sentyabr, 2022 - 13:54
Mərakeş azərbaycanlı gənc rəssamların gözü ilə  Rəsm müsabiqəsi

Mərakeş və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi və Epik Yaşıl Yürüşün 47 illiyini qeyd etmək üçün Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi Nərgiz Art Studio ilə əməkdaşlıq və Holcim Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən Azərbaycanda yaşayan 6-18 yaş arası gənc rəssamlar üçün rəsm müsabiqəsini elan etməkdən məmnunluq duyur.

Müsabiqənin məqsədi Mərakeş və Azərbaycan xalqları arasında yaxın əlaqlər yaratmaq və qarşılıqlı anlaşmanı gücləndirmək, eyni zamanda gənc nəsil arasında yaradıcılığa marağı artırmaq, uşaqları faydalı fəaliyyətlərə həvəsləndirmək, onların dünyagörüşünü genişləndirmək və gənc istedadları üzə çıxarmaqdır.

Əgər siz bu layihə ilə maraqlanan gənc rəssamsınızsa, müsabiqə qaydalarına tez bir zamanda nəzər salın və öz rəsm əsəriniz üzərində işləməyə başlayın. İştirak formasını dolduraraq işinizin aydın şəklini 15 oktyabr 2022-ci il tarixindən gec olmayaraq [email protected] ünvanına göndərin.

Siz də qaliblər sırasında ola bilərsiniz.

Ətraflı məlumatı aşağıda göstərilən tez-tez verilən suallar siyahısını nəzərdən keçirməklə əldə edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5424
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 888
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 311
“İnnovativ məktəb” l...