Bazar ertəsi, 1 Sentyabr, 2025

Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 28 May, 2023 - 16:00
Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya

“Bank Respublika” ASC Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
  • Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək; 
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti; 

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə); 
  • Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
  • Təcrübə: Bankda kreditlərin monitorinqi istiqamətində minimum 1 il və ya biznes kreditləri üzrə minimum 2 illik iş təcrübəsi; 
  • Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 iyun 2023-cü il tarixinədək email-in mövzu hissəsində Monitorinq şöbəsinin mütəxəssisi qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 979
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 207
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7880
Sumqayıt Dövlət Univ...