Bazar ertəsi, 25 Avqust, 2025

Layihələrin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis (Layihə koordinatoru) vakansiyası


  • Dərc edildi: 3 Avqust, 2023 - 21:16
Layihələrin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis (Layihə koordinatoru)  vakansiyası

"AFB Bank" ASC Layihələrin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis (Layihə koordinatoru) axtarışındadır!

İŞİN TƏSVİRİ: 

Layihələrin gedişatına nəzarət edilməsi və iş axınını yolunda saxlamaq üçün komanda üzvlərinin koordinasiyası;
KPI-ları yerinə yetirmək üçün layihənin bütün proseslərinin ümumi idarə edilməsi;
Vaxt qrafikini izləməklə layihələrə davamlı olaraq nəzarət edilməsi, mərhələlərin gedişatının və keyfiyyətinin qiymətləndirilməsi, zəruri hallarda risklərin azaldılması üzrə təkliflərin verilməsi;
Layihələrin sənədləşmə prosesinin standartlara uyğun hazırlanması və həyata keçirilməsi;
Layihə ilə bağlı təqdimatların hazırlanması, görüşlərin təşkil edilməsi və bu təqdimatların layihənin maraqlı tərəflərinə çatdırılması;
Digər layihə qrupları ilə koordinasiyanın həyata keçirilməsi;
Layihələrlə bağlı hesabatlar, arayışlar və məlumatların hazırlanması;
Layihə xərclərinin izlənməsi və lazımi məlumatların təqdim edilməsi.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali təhsil (magistratura təhsili üstünlükdür);
Layihələrin idarə edilməsi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
PMP, CAPM və ya sahə üzrə digər sertifikatları olan namizədlərə üstünlük verilir;
Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
Yüksək səviyyədə MS Office proqramlarında (xüsusilə, MS Excel, MS Power BI və MS Power Point) işləmək bacarığı, Jira üzrə biliklər;
Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Layihə koordinatoru” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 484
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7371
Sumqayıt Dövlət Univ...