“Teens in AI IWD Azerbaijan'24 ” hakatonu Azərbaycanda ilk dəfə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçiriləcək

“Teens in AI IWD Azerbaijan'24 ” hakatonu Azərbaycanda ilk dəfə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçiriləcək.

 Beynəlxalq Qadınlar Günü münasibətilə "Teens in AI" dünyanın hər yerindən 12-18 yaş arası gəncləri sosial fayda üçün süni intellekt və data elmindən istifadə etməyə dəvət edir!

Teens in AI tərəfindən 2015-ci ildən hər il keçirilən hakaton indiyə qədər 43 ölkədə 140-dan çox şəhərdə 12.000 dən çox gəncin iştirakı ilə keçirilərək, texnologiyada bərabərlik uğrunda mübarizə aparır və müsbət dəyişikliklər yaratmaq üçün yeni nəslə ilham verməyə çalışır.

Hakatonda gənclər BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq real dünya problemlərini birgə həll etməyə çalışacaqlar.

Lokal mərhələ qalibi olan layihə qlobal miqyasda "Teens in AI 2024 Global winners" adı uğrunda mübarizədə Azərbaycanı təmsil edəcək və surpriz "Global Awards" əldə etmə şansı qazanacaq.

Hakatona qoşulmaqla siz süni intellekt, dizayn və yumşaq bacarıqlarla bağlı məlumatlar əldə edib, bunları real həyatda tətbiq edə bilərsiniz.12-18 yaş arası hər bir gənc həm komanda, həm fərdi olaraq müraciət edə bilər. Bu fürsəti qaçırmayın!

 Məkan: İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi (Zaur Nudiraliyev 79) 📆 Tarix: 16-17 Mart

 Son qeydiyyat tarixi: 10 mart saat 23:59

Qeydiyyat: https://forms.gle/Stw43TFUsJLLEB7



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az