Bazar, 11 May, 2025

Layihələrin koordinasiyası üzrə mütəxəssis vakansiyası


  • | Dərc edildi: 4 Oktyabr, 2024 - 16:17
Layihələrin koordinasiyası üzrə mütəxəssis vakansiyası

Layihələrin koordinasiyası üzrə mütəxəssis vakansiyası

 

"Veysəloğlu" MMC Rəqəmsallaşdırma, transformasiya və layihələr direktorluğunda Layihələrin koordinasiyası üzrə mütəxəssis vakansiyasını elan edir.

 Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri:
Bakı şəhəri
İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

• Layihənin məqsəd və hədəflərini müəyyənləşdirmək, layihə planını hazırlamaq və təsdiq etmək;
• Əlaqədar Programda Cəmiyyətə aid Layihələrin və tapşırıqların izlənməsi;
• Layihələrin Cəmiyyət daxilində Layihə komandasını təşkil etmək, işlərin bölüşdürülməsi və koordinasiyasını təmin etmək;
• Proseslərin İzlənməsi: Layihə fəaliyyətlərini izləmək, problem və təkmilləşdirmə sahələrini müəyyənləşdirmək;
• Sənəd və Hesabatların Hazırlanması: Layihə ilə bağlı sənədləri, hesabatları hazırlamaq və təqdim etmək;
• Layihə Məqsədlərinin Qoyulması: Layihənin məqsəd və təsdiqlənmiş göstəricilərə uyğun olaraq çalışmaq;
• Büdcənin İdarə Edilməsi: Layihə büdcəsini izləmək, xərcləri nəzarət altında saxlamaq;
• Zamanın İdarə Edilməsi: Layihə təqvimini idarə etmək, tapşırıqları zamanında yerinə yetirmək;
• Risklərin İdarə Edilməsi: Riskləri müəyyənləşdirmək və qarşısını almaq üçün tədbirlər görmək;
• İnformasiya Paylaşımı: Layihə statusu, irəliləyiş və digər məlumatları müvafiq şəxslərə təqdim etmək;
• Əlaqələrin Qurulması: Layihə iştirakçıları, müştərilər və digər tərəflərlə əlaqələri qurmaq və idarə etmək;

Tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
• Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarıqları, rus dili biliyi arzuolunandır;
• MS Office proqramlarından (xüsusilə Excel,PowerPoint, Visio) peşəkar səviyyədə istifadə bacarığı;
• Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (PMP,PMI);
• Layihələrin İdarə Edilməsi üçün istifadə edilən proqram biliklərinin olması;
• Yüksək səviyyədə təqdimetmə və ünsiyyət bacarıqları;
• Güclü analitik və problem həll etmə bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
• Nahar ilə təmin edilmə;

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Layihələrin koordinasiyası üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://lnkd.in/erV7EGFR saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...