Cümə axşamı, 21 Avqust, 2025

"Qrafik dizaynda effektiv kommunikasiyanın qurulması" seminarı keçiriləcək (ÖDƏNİŞSİZ)


  • Dərc edildi: 19 Oktyabr, 2023 - 21:47
"Qrafik dizaynda effektiv kommunikasiyanın qurulması" seminarı keçiriləcək (ÖDƏNİŞSİZ)

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində ödənişsiz "Qrafik dizaynda effektiv kommunikasiyanın qurulması" seminarı keçiriləcəkdir.

Spiker qismində Dövlət Məşğulluq Agentliyi Mərkəzi Karyera filialının Qrafik dizayneri Zeynəb Əkbərli çıxış edəcəkdir.

Mövzu əsasən aşağıdakı hissələri əhatə edəcək:
- Dizaynda kommunikasiyanın önəmi
- Effektiv kommunikasiya üçün nələrə diqqət etməliyik?

Tədbirdə kimlər iştirak edə bilər?
- Dizayn sahəsində yeni karyera quranlar, qurmaq istəyənlər və müştəri ilə kommunikasiya bacarıqlarını gücləndirmək istəyənlər.

Qeyd edək ki, görüş 30 oktyabr 14:30-da "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi"ndə (Atatürk prospekti 89, Gənclik metrosuna yaxın) keçiriləcəkdir.

Qeydiyyat üçün linkə daxil olun: https://forms.gle/zqj96UYNCLhgp6BV8

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...