Azərbaycan Supermarket MMC "Əmək münasibətləri üzrə kiçik mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• İntizam xətaları ilə bağlı müraciətləri araşdırmaq və intizam tənbehlərinin verilməsi prosesində yaxından iştirak etmək (sistem üzrə əməliyyatların icrası, müvafiq sənədlərin toplanması, işçilərə imzaladılması, qeydiyyatı, arxivləşdirilməsi və s.)
• İntizam pozuntuları ilə bağlı daxil olan müraciətləri gündəlik olaraq qeydiyyata almaq, izləmək, işdən çıxış sorğularının statusunu vaxtlı-vaxtında yoxlamaq və cavablamaq
• İşçi şikayətlərini qəbul etmək, araşdırmaq, ehtiyac olduqda görüşlər keçirmək və problemlərin qısa zamanda həlli üçün mümkün addımlar atmaq
• İntizam tənbehinin verilməsi haqqında və digər sənədləri (əmrlər, məktublar, bildirişlər və s.) ədəbi dilin orfoqrafik normalarına əməl etməklə tərtib etmək, aidiyyəti şəxs və ya qurumlara göndərmək, elektron bazaya daxil etmək və qeydiyyatını aparmaq
• İşdən azad edilməsi nəzərdə tutulan işçilərin əmək müqaviləsinə AR Əmək Qanunvericiliyinə uyğun olaraq xitam vermək və bununla əlaqəli bütün işləri icra etmək
• Mediasiya təşkilatları və DƏMX-dən daxil olan intizam məsələləri ilə əlaqəli sorğuları vaxtında və düzgün cavablandırmaq, bununla əlaqəli bütün işləri icra etmək (Barışıq sazişi əsasında qəbul edilən razılaşmaların icrası, müfəttişlikdən gələn müraciətlərin cavablandırılması və s.)
• Əlaqəli şöbələr və rəhbərlik tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq hazırlamaq və təqdim etmək
• Şirkətdaxili intizam qaydaları, siyasət və əməliyyat prosedurlarının mütəmadi yenilənməsi məqsədilə təkliflər vermək, düzəlişlər edərək rəhbərliyə və əlaqəli şöbələrə təqdim etmək
Vəzifə tələbləri:
• İnsan Resursları sahəsində 1 ildən çox iş təcrübəsi
• Əmək Qanunvericiliyi üzrə biliklər
• Azərbaycan dili üzrə səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək)
• MS Office proqramlarında işləmək bacarığı
• Güclü ünsiyyət və komanda ilə iş
• Araşdırma, detallara qarşı diqqətlilik və qərarvermə bacarıqları
Vaxtın düzgün idarə edilməsi
Vakansiya üzrə müraciətləri [email protected] elektron ünvanına mövzu bölməsində “Əmək münasibətləri üzrə kiçik mütəxəssis” qeyd etməklə edə bilərsiniz.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur