“Rabitabank” ASC Şəmkir filialına Əməliyyat bölməsinin meneceri vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Əsas vəzifələr:
- Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər verir;
- Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə müştərilərin hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlayır və təsdiq üçün Filial/Şöbə rəhbərinə təqdim edir;
- Ödəniş tapşırıqlarını bank sistemində bank tərəfindən təyin edilmiş limitlər çərçivəsində təsdiq edir;
- Fiziki və hüquqi şəxslərin sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabları açılmasının təsdiqi;
- Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı hesab üzrə aparılan əməliyyatlar haqqında məlumat verir, hesablar üzrə çıxarışları hazırlayır və müştəriyə təqdim edir;
- Müştəri haqqında əldə edilən yeni məlumatların bank proqramına daxil edilməsinə nəzarət edir; (əlaqə nömrəsi, elektron ünvanı və s.)
- Bank tariflərinə uyğun olaraq müştərilərdən xidmət haqqı tutulmalara nəzarət edir;
- Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəncamların silinməsini (sistemə daxil edilməsini) yoxlayır;
- Əməliyyatlar üzrə sənədləşmənin aidiyyatı qovluqlara yerləşdirilməsini yoxlayıb tamlığına məsuliyyət daşıyır;
- Baş ofisin qeyri-kredit məhsulları sahəsində keçirdiyi layihə, tədbir və aksiyaları filialda koordinasiya edir;
- Baş ofisin müvafiq strukturları tərəfindən tələb edilən sorğuların cavablandırılmasını təmin edir;
Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
- Əməliyyat sahəsində ən azı 3 il iş təcrübəsinin olması;
- MS Office proqramında peşakar işləyə bilmək bacarığı;
- Azərbaycan və Rus dilini mükəmməl bilmək;
- Yüksək ünsiyyət qurma bacarığı;
- İdarə edə bilmək və təşkilatçılıq bacarığı;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək;
- Problemləri həll etmə bacarığı;
- Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;
- Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
- Məsuliyyətli, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Şəmkir filialı \Əməliyyat bölməsinin meneceri göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur