Bazar ertəsi, 1 Sentyabr, 2025

“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi


  • Dərc edildi: 30 Sentyabr, 2022 - 16:29
“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi

“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi

 

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinə start verilib.

 

İnşa müsabiqəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə həyata keçirilir.

 

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə kompüter əsaslı təşkil olunacaq. İştirak etmək istəyən təhsilalanlar portal.edu.az platformasında bu məqsədlə yaradılmış “müsabiqələr və olimpiadalar” xidmətindən müsabiqəyə müraciət edə bilərlər. Qeydiyyat üçün son tarix 2022-ci il 7 oktyabr saat 00:00-dır. Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin rayon (şəhər) mərhələsində iştirak üçün yerli təhsili idarəetmə orqanı tərəfindən dəvət ediləcəklər.

 

Müsabiqənin final mərhələsi Bakı şəhərində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil edilmiş kompüter mərkəzlərində həyata keçiriləcək. Təhsilalanlar müsabiqənin nəticəsi ilə bağlı portal.edu.az platforması və SMS vasitəsilə məlumatlandırılacaqlar.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 979
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 207
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7880
Sumqayıt Dövlət Univ...