Cümə axşamı, 21 Avqust, 2025

"Kontakt"ın "Təcrübə Proqramı"


  • Dərc edildi: 3 May, 2024 - 18:52
"Kontakt"ın "Təcrübə Proqramı"

"Kontakt"ın "Təcrübə Proqramı"

 

Təsvir

Ölkənin ən qabaqcıl pərakəndə satış şəbəkələrinin birində təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə "Kontakt"ın "Təcrübə Proqramı"na müraciət et.

Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, 4-cü kurs və magistr tələbələrini, 2021-2023-ci illərin məzunlarını, təcrübə proqramına qatılmağa dəvət edirik! Təcrübə proqramının bütün seçim mərhələlərindən uğurla keçmiş namizədlər AR əmək qanunvericiliyinə əsasən sənədləşdiriləcək və orientasiya proqramına cəlb olunacaqlar. Proqrama seçilən təcrübəçilər "Kontakt"ın müxtləlif strukturlarında sağlam və pozitiv korporativ mühitdə, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi qazanacaq. Təcrübə müddətində xüsusilə fərqlənən şəxslər gələcəkdə açılacaq vakansiyalar üçün potensial namizəd kimi dəyərləndirilə bilərlər. Təcrübə proqramı ödənişli əsaslarda iki ay müddətində davam edəcəkdir.

Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün bu bir fürsətdir!

 

Təcrübə proqramı hansı sahələri əhatə edir?

  • Pərakəndə satış;
  • Korporativ satış;
  • Maliyyə;
  • Hüquq;
  • Marketinq (Sosial media / İctimaiyyətlə əlaqələr);
  • İnsan Resursları və Təlim;
  • İnformasiya və Kommunikasiya texnologiyaları (Texniki dəstək / Şəbəkə / Layihələrin idarə edilməsi);
  • Hissəvi ödəniş;
  • Daxili Audit və keyfiyyətin idarə edilməsi;

 

Təcrübə proqramı sizə nə qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq;
  • Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı;
  • Öz sahəsində peşakar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı;
  • Təcrübə proqramında iştiraka dair Sertifikat.

Tələblər

  • 4-cü kurs tələbələri;
  • Magistr tələbələri;
  • 2022-2024-ci illərin məzunları.

Son tarix

May 14, 2024

 

Müraciət et

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 215
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7134
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1855
Azərbaycan Texnologi...