Cümə, 22 Avqust, 2025

“KHAN ACADEMY" Hər bir şagird və hər bir sinif üçün real nəticələr" layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 31 Oktyabr, 2023 - 17:56
“KHAN ACADEMY" Hər bir şagird və hər bir sinif üçün real nəticələr" layihəsinin açılış mərasimi keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “KHAN ACADEMY" Hər bir şagird və hər bir sinif üçün real nəticələr" layihəsinin açılış mərasimi keçirilib.
Layihənin açılışı 317 nömrəli tam orta məktəbdə baş tutub.
Açılış mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində məktəbin direktoru, layihə rəhbəri Leyla Əliyeva layihə haqqında ətraflı məlumat verib, layihənin məqsədi və layihə müddətində nəzərdə tutulan fəaliyyətlər haqqında çıxış edib. Leyla Əliyeva Dövlətin təhsil siyasətinin əsas priortet istiqamətlərindən olan təhsilalanların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi üçün təhsil müəssisələrinin üzərinə düşən vəzifələri qeyd edərək rəhbəri olduğu layihənin məqsədinin bu istiqamətə hədəfləndiyini vurğulayıb.
Qrant Layihənin həm şagirdlərin rəqəmsal bacarıqlarının, həm də riyazi savadlılığının və məntiqi təfəkkürünün inkişafında böyük rol oynayacağı barədə məlumat verib.
Layihə sentyabrın 15-dən martın 15-dək davam edəcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 321
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 65
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7180
Sumqayıt Dövlət Univ...