Çərşənbə, 6 Avqust, 2025

İnsan resusrları üzrə təcrübəçi vakansiyası


  • Dərc edildi: 16 May, 2023 - 13:04
İnsan resusrları üzrə təcrübəçi  vakansiyası

Vəzifə: İnsan resusrları üzrə təcrübəçi 

Təsnifatı: 

İnsan resursları departamentinin direktoruna hesabat verir, 

Əmək qanunvericiliyinə, təlimatlara uyğun olaraq işçilərin sənədlərinin rəsmiləşdirilməsini təmin edir.

 Vəzifə öhdəlikləri 

• ERP sistemdə əmrlərin və davamiyyət cədvəllərinin tərtib olunmasında iştirak etmək; 

• Yeni işə qəbul sənədləşmə işlərinin tamamlanmasını təmin etmək; 

• İşçilərin şəxsi işlərinin formalaşdırılması; 

• Yeni işə qəbul olunmuş işçilərin istehsalat fəaliyyətinə uyğunlaşdırılmasında iştirak etmək; 

• Məzuniyyət qrafiklərinin tərtib edilməsindəvə işçilərə məzuniyyətlərin verilməsində iştirak etmək ; 

• İşçilərdən gələn elektron və şifahi sorğuları cavablandırmaq; 

• Vəzifə dəyişikliyi tətbiq olunmuş əməkdaşları əmək müqaviləsi, vəzifə təlimatları, giriş kartlarının və vəsiqələrin verilməsində iştirak etmək.

 Tələblər: 

• İnsan resursları, Psixologiya, Iqtisadiyyat və yaxud oxşar sahələrdə ali təhsil;

 • Microsoft Office bilikləri və ERP sistemində işləmək bacarığı;

 • Əmək Məcəlləsi haqqında biliyə sahib olmaq; 

• İngilis və rus dili biliyi. 

Bilik və bacarıqlar: 

• Geniş araşdırma aparmaq və müxtəlif növ məlumatları təhlil etmək bacarığı; 

• Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;

 • Məxfiliyin qorunmasının təmin edilməsi. 

Şirkət haqqında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələrini əks etdirməyə yönəlmiş doğru məzmunlu informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

İnsan resursları sahəsində təcrübə əldə etmək istəyirsinizsə, Sizi komandamıza qoşulmağa dəvət edirik. Beləliklə CV-nizi [email protected]  ünvanına başlıq hissəsində "İnsan resursları üzrə təcrübəçi" qeyd etməklə ünvanlaya bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5843
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1104
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 403
“İnnovativ məktəb” l...