reklam

“Satınalma üzrə aparıcı mütəxəssis” vakansiyası

“Satınalma üzrə aparıcı mütəxəssis” vakansiyası

 

İş Yeri: ATS Food

İş məkanı: Sumqayıt

Müraciətin son günü: 30 Aprel 2023-cü il

 

Tələblər:

Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)

İş təcrübəsi: Satınalma sahəsində ən azı 3 il iş təcrübəsi (Kənd təsərrüfatı  sektorunda təcrübənin olması üstünlükdür)

Ezamiyyət: 100% ezamiyyət tələbi

Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (əla), Rus dili (əla)

Kompüter bilikləri:  MS Office proqramları üzrə biliklər

Digər: CIPS və ya təchizat zəncirinin idarə olunması sahəsində beynəlxalq sertifikatın olması üstünlükdür;

1 C, ERP sistemlərdə işləmək bacarığı.

 

Vəzifədən gözləntilər:      

  1. Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  2. Bazarın təhlili, tələb olunan malların daxili və xarici bazarda araşdırılması;
  3. Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə  vaxtında və sərfəli satın alınması;
  4. Sifarişçi və ya  son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
  5. Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
  6. Tender komissiyasının işinin təşkil edilməsi, tender sənədlər paketinin hazırlanması, tender prosesinin təşkil edilməsi;
  7. Xarici satınalmaların təşkili və yerinə yetirilməsi;
  8. Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
  9. Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  10. Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
  11. Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi;
  12. Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi;
  13. Müqavilələrin düzgün və cəmiyyətin təchizat siyasətinə uyğun olaraq bağlanılması;
  14. Hesabatların hazırlanması və təqdim edilməsi.

 

Vəzifə üzrə səriştələr:

  • Satınalma müqavilələrin tərtibatı haqqında ümumi anlayış
  • Analitik düşünmə bacarığı
  • Təhlil etmə bacarığı
  • Tenderlər sahəsində təcrübə.
  • Planlama və Təşkilatçılıq
  • Bazar, rəqabət, fürsət və təhlükələri görmə
  • Qiymətləndirmə bacarığı
  • Tədarükçülərlə iş bacarığı

 

İş Şərtləri

Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə

İş rejimi: 5 gün (həftəiçi)

Servis: Təmin edilir

Nahar: Təmin edilir


Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected]  elektron ünvanına, mövzu hissəsində vəzifənin adı "Satınalma üzrə aparıcı mütəxəssis" qeyd olunmaqla, göndərə bilərlər.

 

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

 

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az