Şənbə, 2 Avqust, 2025

“IT Helpdesk (Texnik)” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 28 Aprel, 2025 - 11:56
“IT Helpdesk (Texnik)” vəzifəsi üzrə vakansiya

”Abşeron Logistika” MMC “IT Helpdesk (Texnik)” vəzifəsi üzrə vakansiya elan edir.
 


Ümumi vəzifə öhdəlikləri:


• Noutbuk, masaüstü kompüter, printer və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının (Windows, Office və s.) quraşdırılması və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək;
• Müraciət olunmuş sorğuların vaxtında və düzgün həll edilməsinin təmin edilməsi;
• IT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması;
• Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqinin təmin edilməsi və nəzarəti;
• Kompüterlərdəki informasiyanın arxivləşdirilməsini təşkil etmək;
• Antivirus və Firewall proqramlarının işini vaxtaşırı yoxlamaq.


Namizədə qarşı tələblər:


• Ali təhsil (texniki təhsil arzuolunandır);
• Müvafiq sahədə 2 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl,İngilis dilini texniki səviyyədə bilməli,Rus dili üstünlükdür;
• Masaüstü və noutbuk kompyuterlərlə, periferik və şəbəkə qurğuları ilə işləmə bacarığı;
• IT ve Helpdesk sahəsində fundamental proseslərdən anlayışın olması;
• Windows Server, Active Directory və Group Policy anlayışından xəbərdar olmaq;
• Peşəkarlıq tələbləri:
- Təhlil etmək və problem həll etmək bacarığı;
- Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq;
- Komandada işləmək bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 25.05.2025-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “IT Helpdesk (Texnik)”” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5310
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 853
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 303
“İnnovativ məktəb” l...