
"VƏLİEV" MMC şirkətinə İnsan Resursları üzrə baş mütəxəssis axtarılır.
Vəzifələr:
1. Əmək qanunvericiliyinə əsasən Cəmiyyət üzrə işçilərlə əmək müqavilələrinin bağlanması, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işləri, işçilərin bir vəzifədən və ya işdən başqa işə keçirilməsi işlərinə aid sənədləri tabeliyində olan işçilərdən qəbul edir, düzgünlüyünü və tərtib edilməsini yoxlayır.
2. Personalların işə davamiyyətini nəzarət etmək.
3. İşçilərin iş bacarığının yoxlanmasını və qiymətləndirilməsini təşkil etmək.
4. İşdən ayrılan personallarla bağlı detallı araşdırma etmək, səbəbləri barədə hesabat vermək.
5. Yeni işə götürüləcək personalların işə götürməsi ilə bağlı müvafiq sənədləri gözdən keçirmək və dəyərləndirmək, bununla bağlı rəhbərliyə məlumat vermək.
6. Personal programından istifadə edərək işçi ilə bağlı topladığı məlumata əsasən hesabatlar hazırlamaq.
7. Bacarıq, şəxsiyyət və potensial yoxlama testlərinin təşkil edilməsində və işə qəbul komisiyyasında iştirak etmək.
8. Şirkətin tələblərinə əsasən müqavilə şərtlərini izah etmək və müqavilə formasının tərtib edilərək imzalanmasını təmin etmək.
9. İşçilərin məzuniyyət cədvəlini tərtib etmək, ona mütəmadi nəzarəti həyata keçirmək.
10. Cəmiyyətin ştat cədvəllərini tərtib edərək “VƏLİEV MMC” baş direktoruna təqdim edir
11. Cəmiyyətin baş direktoru adından əmr və sərəncamları hazırlayır, onların vaxtında yerinə yetirilməsi barədə məlumatları “VƏLİEV MMC” baş direktoruna çatdırır
12. Aylıq maaş cədvəllərinin düzgünlüyünü yoxlayır və imzalamaq üçün“VƏLİEV MMC” baş direktoruna təqdim edir.
13. İdarə üzrə hesabatların hazırlanması və razılaşdırılması, aidiyyatı təşkilatlara təqdim olunması işlərini icra edir.
14. İşçilər arasında baş verən münaqişələr və ya digər problemlər olduqda vəziyyəti düzgün dəyərləndirərək problemin həlli istiqamətində köməklik göstərmək, bu barədə rəhbərliyə məlumat vermək.
15. İnsanlar arası münasibətləri və işlə bağlı problemləri dəyərləndirmək və müəssisənin rəhbər heyəti ilə görüşərək baş verən münaqişələrin həll yollarını birlikdə müzakirə edərək lazimi qərarlar vermək
Namizəd üçün tələblər:
Ali təhsilli
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Microsoft Excel, Microsoft Word komputer proqramlarında sərbəst işləmək bacarığı;
Komanda ilə işləmə bacarığı;
İngilis dili və Rus dili bilikərinin olması üstünlükdür.
Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
Nizam-intizamlı, məsuliyyətli olmalı.
Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
İş şərtləri:
Əmək haqqı: razılaşma yolu ilə
İş yeri: Sumqayıt şəhəri
Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir.
İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)
Namizədlərdən CV-lərini mövzu yerində “İR üzrə baş mütəxəssis” yazmaqla [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur