Çərşənbə, 3 Sentyabr, 2025

"Her Improvement" layihəsinin növbəti uzun müddətli proqramına qəbul başlayır (İştirak tam ödənişsizdir!)


  • Dərc edildi: 11 Noyabr, 2022 - 12:15
"Her Improvement" layihəsinin növbəti uzun müddətli proqramına qəbul başlayır (İştirak tam ödənişsizdir!)

Əziz FemTecher-lər!

Tərəfdaşımız Azercell ilə təqdim etdiyimiz "Her Improvement" layihəsinin növbəti uzun müddətli proqramına qəbul başlayır 

“Her Improvement” qadınlarda təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap, netvörkinq mövzularında düşüncə tərzinin aşılanması və biliklərə yiyələnməsi ilə idealarının reallaşması üçün təşkil olunan inkişaf proqramıdır.

Layihənin ilkin proqramı olan "Her Improvement 1" proqramı uğurla sona çatdığı artıq sizə məlumdur

Qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmiş bu inkişaf proqramında iştirak şansını qaçırmayın!

İndi isə layihə nəznində yenilənmiş formada başlayacaq və Noyabr 2022 - Aprel 2023 müddətini əhatə edəcək ikinci proqramda sizi nələr gözləyir?

- Müasir texnologiyaları əhatə edəcək təlimlərdə iştirak;

- Biznes mövzularını əhatə edəcək təlimlərdə iştirak;

- Proqramlaşdırma dərslərində iştirak;

- Startap ideyalarınızın inkişafı üçün inkubasiya proqramı;

- Peşəkar mentorlarla görüşlər;

- Yerli və beynəlxalq bazarda real təcrübəsi olan IT liderləri və startap təsisçiləri ilə görüşlər;

- Öyrəndiklərinizi praktiki olaraq icra etmək şansı;

- Professional əlaqələr;

- Kiçik hədiyyələr, həmçinin qalib komanda üçün pul mükafatı.

Layihəyə kimlər müraciət edə bilər?:

- 6 ay müddətində aktiv iştirak edə bilmək;

- 16-29 yaş aralığı;

- Xanımlardan ibarət 5 nəfərlik komandalar;

- Təşəbbüskar, yeniliyə açıq, öyrənmə həvəsi olan və startap ideyası olan komandalar.

❗İştirak tam ödənişsizdir!

❗️Komanda üzvlərindən hər birinin qeydiyyatdan keçməsi vacibdir.

Qeyd: regionlarda yaşayan gənclərə üstünlük veriləcək.

Qeydiyyat üçün son tarix: 20 Noyabr, 23:00

Qeydiyyat linki: https://forms.gle/FXczSAWq7nue41tL7

Rəqəmsal dünyada birlikdə inkişaf edək!

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1061
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 237
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8039
Sumqayıt Dövlət Univ...