
Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi “Mütəxəssis” və “Baş mütəxəssis” vəzifələri üzrə vakansiya elan edir!
“Mütəxəssis” vakansiyası üzrə vəzifə öhdəlikləri:
- Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə onların peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, tədbirlər planının hazırlanması və icra edilməsi;
- Təlim prosesi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsi;
- Keçirilən təlimlərin qiymətləndirmə nəticələrinin təhlil edilməsi;
- Müəllimlərin işə qəbul imtahanlarının məzmun istiqamətinin təkmilləşdirilməsi, yeni mütəxəssislərin seçiminin planlaşdırılması və ümumi prosesin koordinasiya edilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil (Pedaqogika və metodika, təhsilin idarə edilməsi, təlim və tədris metodikası istiqamətləri üzrə arzuolunandır);
- İngilis dili biliyi;
- Təlim və inkişaf, performansın və ya istedadların idarə olunması üzrə ən azı 1 il iş təcrübəsi;
- Təlimlərin təşkili və ya performansın idarə edilməsi ilə bağlı beynəlxalq sertifikatın olması üstünlükdür;
- Namizədləri dəyərləndirmək və qərar vermək bacarığı;
- MS Office və Google alətləri ilə işləmə bacarığı;
- Güclü analitik və problem həlletmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi, əməkdaşlıq, geniş perspektiv, keyfiyyət yönümlülük, dinamikanı anlamaq.
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən [email protected] e-mail ünvanına CV-lərini “Mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.
Yuxarıda sadalanan tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2 aprel 2025-ci il
“Baş mütəxəssis” vakansiyası üzrə vəzifə öhdəlikləri:
- Peşə təhsili səviyyələri üzrə tədris proqramlarının (kurikulumların) əmək bazarının tələblərinə uyğun olaraq hazırlanması və yenilənməsinin təmin edilməsi;
- Şöbənin fəaliyyət istiqaməti üzrə təkliflərin və tövsiyələrin hazırlanması;
- Müasir tədris metodologiyalarından istifadə edərək peşə ixtisasları üzrə tədris resurslarının hazırlanmasının təşkili;
- Tədris planlarının təhlil edilməsi və ya hazırlanmasına dair təkliflərin verilməsi;
- Peşə istiqamətləri (ixtisas qrupları, ixtisaslar) üzrə və tətbiqi xarakterli mühüm elmi problemlər, o cümlədən təlim proqramları üzrə tədqiqatların aparılması;
- Monitorinq və qiymətləndirmə prosesinə dəstəyin verilməsi.
Namizədə dair tələblər:
- Pedaqoji istiqamətlər üzrə ali təhsil;
- Təhsil proqramları (kurikulumlar) və tədris resurslarının hazırlanması sahəsində ən azı 5 illik iş təcrübəsi;
- Peşə təhsili ilə bağlı qanunvericilik haqqında biliklər;
- Güclü analitik və problem həlletmə bacarıqları;
- Yüksək təşkilatçılıq qabiliyyəti, liderlik və komanda quruculuğu ilə bağlı bacarıqlar;
- İntizamlı və detallara diqqət yetirən iş üslubu;
- Peşə təhsili sahəsinə aid məzmun sənədlərinin hazırlanmasına dair yüksək səviyyədə biliklər.
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən [email protected] e-mail ünvanına CV-lərini “Baş mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.
Yuxarıda sadalanan tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2 aprel 2025-ci il
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur