reklam

Regionlarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulmasında müəllim seçimi

Regionlarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulmasında müəllim seçimi 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının “Regionlarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması” layihəsinin ilkin mərhələsi olan "İstedadlı şagirdlər üçün istedadlı müəllim"lərin seçim müsabiqəsinə qeydiyyat başlayır.

Layihənin məqsədi 12 Regional Təhsil İdarəsinin nəzdində kadr potensialının artırılması və eyni zamanda, 12 region üzrə Respublika fənn olimpiadalarına hazırlıq prosesinin yerinə yetirilməsindən ibarətdir.

Layihə 2023-cü il aprel-dekabr aylarını əhatə edərək 4 hissədən ibarət olacaqdır:

 "İstedadlı şagird üçün istedadlı müəllim"lərin seçim müsabiqəsi;

 “İstedadlı şagird”lərin seçim müsabiqəsi;

 İstedadlı müəllim və şagirdlərin olimpiadaya hazırlıq prosesi;

 İstedadlı qaliblərin müəyyən olunması.

Müsabiqə 4 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya) keçiriləcək. Müsabiqə 27 may 2023-cü il tarixində keçiriləcək və 25 sualdan ibarət test şəklində olacaq.

Müsabiqənin məqsədi:

Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi;

Həmin şagirdlərlə işləyəcək pedaqoji kollektivin müəyyənləşdirilməsi;

Müəllimlərin müxtəlif layihələrdə iştirakı təmin olunmaqla, pedaqoji və akademik bacarıqlarının inkişafının təmin edilməsi.

Növbəti mərhələdə hər 12 regiondan yüksək nəticə göstərmiş müəllimlər 4 fənn üzrə 1 həftəlik təşkil olunacaq düşərgədə iştirak edəcəklər. Düşərgə 3-8 İyul tarixlərində keçiriləcək. Müəllimlər 3 ay müddətində "İstedadlı şagirdlər"lə hazırlıq keçəcəklər. Sonda şagirdlər arasında müsabiqə keçiriləcək. Müsabiqədə qalib olan müəllim və şagirdlər təltif olunacaqdır.

Qeydiyyat linki: https://anket.edu.az/form/239/login

Son qeydiyyat tarixi 10 may 2023-cü ilə qədərdir. İmtahan məkanı ilə bağlı məlumat qeydiyyat bitdikdən sonra paylaşılacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının 12 regionu üzrə fəaliyyət göstərən müəllim heyəti və təhsil alan şagirdləri üçün nəzərdə tutulmuşdur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az