Kapital Bank namizədləri Maliyyə Menecmenti Departamentinin Strategiya və büdcə şöbəsinin kiçik mütəxəssisi, mütəxəssisi və aparıcı mütəxəssisi vakansiyamıza müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması
• Bankın qarşısına qoyduğu maliyyə modelinin və strateji hədəflərin struktur bölmələrə uyğun performans göstəriciləri olaraq paylaşdırılması
• Bankın müxtəlif Struktur Bölmələri/Sahələri üzrə Performansın İdarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi
• Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.
Tələblər:
• Ali təhsil;
• Sahə üzrə ən azı 1-2 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili
• Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur