Çərşənbə, 2 İyul, 2025

Rəqəmsal transformasiyaya gecikməyin!


  • Dərc edildi: 7 İyun, 2023 - 13:27
Rəqəmsal transformasiyaya gecikməyin!

Rəqəmsal transformasiyaya gecikməyin!

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəqəmsal layihələri olan Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı ilə Türkiyənin “ODS Consulting Group” şirkətinin birgə təşkilatçılığı əsasında “Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu” keçiriləcək. Forum rəqəmsal transformasiya və elektron ticarətin yaratdığı imkanlar, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və ixracın təşviqi məqsədi daşıyır. 

Forum zamanı sahibkarlar üçün bir neçə istiqamət əsas götürüləcək: 

  • Azərbaycan və Türkiyənin ticarət sahəsində rəqəmsal transformasiyası;
  • Alibaba.com saytının ixrac imkanları, istehsalın məhsuldarlığının artırılması yolları, müştərilərlə kommunikasiya;
  • Onlayn satışda rəqəmsal həllərin tətbiqi, süni intellektin e-ticarət əməliyyatlarında rolu və istifadəsi sahəsində məlumatlılığın artırılması.

Müştəriyönümlü biznes strategiyasını qurmaq, rəqəmsal həllərdən istifadə edərək ixracı və səmərəliliyi artırmaq istəyən bütün şirkətləri 20 iyun 2023-cü il tarixində, saat 11.00-da onlayn formatda keçiriləcək Forumda iştirak etməyə dəvət edirik. Qeydiyyat artıq başlayıb. İştirak üçün təqdim olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz: https://training.ereforms.org/

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 94
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 43
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 224
Məktəbəhazırlıq qrup...