Çərşənbə, 3 Sentyabr, 2025

“Yaşıl Könüllülər” layihəsinə start verilir


  • Dərc edildi: 10 İyul, 2024 - 12:46
“Yaşıl Könüllülər” layihəsinə start verilir

“Yaşıl Könüllülər” layihəsinə start verilir

 

      Azərbaycan Könüllülər İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Könüllülər” layihəsinə start verir.

     Layihənin məqsədi:

    Gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla birgə fəaliyyətə həvəsləndirmək, onları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda layihə 2024-cü ildə Azərbaycanda elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” və COP 29 kimi əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtda ətraf mühitin mühafizəsinə xidmət etməklə keçiriləcək tədbirlərə dəstək olmaq məqsədi daşıyır.

           Layihə çərçivəsində Bakı şəhərində 4 gün cari ay ərzində 50 nəfərə yaxın iştirakçıya “Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması”, “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” və s. kimi istiqamətlərə uyğun olaraq gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması,həmçinin könüllülərin iştirakının stimullaşdırılması mövzularında görüşlər və praktiki məşğələlər təşkil ediləcək.

   Qeyd olunan mövzular üzrə keçiriləcək seminarlarda ixtisaslaşmış ekspertlərlə görüşlər təşkil olunacaq. Layihə müddətində eyni zamanda “Gəlin şəhərimizi təmiz saxlayaq” devizi altında təmizlik kampaniyası və infotur keçiriləcək.

   Layihədə iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərsiniz. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edə biləcəklər. 

 

Müraciət üçün son tarix: 18 iyul 2024-cü il saat 18:00

Ərizə forması: https://forms.gle/g1FnJNhzEDTnUoeZ9 

Əlaqə vasitəsi: [email protected] 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1091
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 244
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8077
Sumqayıt Dövlət Univ...