Çərşənbə axşamı, 5 Avqust, 2025

Gənclərin Sosial Şəbəkə Akademiyası keçiriləcək


  • Dərc edildi: 28 May, 2023 - 22:22
Gənclərin Sosial Şəbəkə Akademiyası keçiriləcək

Gənclər paytaxtında anı yaşa, xatirəni paylaş!

 Dostluğun, yaradıcılığın və yeni əlaqələrin bir sözlə düşərgələrin mövsümü gəldi. Gənclərin Sosial Şəbəkə Akademiyası 8-13 iyun tarixlərində bizi Mingəçevirdə bir araya gətirir 

Gəncliyin enerjisini və həyəcanını hiss edin, çünki siz bu yay sosial media sənətinin incəlikləri ilə yaxından tanış olacaqsınız. 

 Buna görə də peşəkarlardan master-klasslar, trend yaradacaq təlimlər, yeni sosial kampaniyalar və maraqlı paylaşımlar ilə dolu unikal bir təcrübəyə hazır olun!

Gənclər və İdman Nazirliyi dəstəyi və DVC-nin təşkilatçılığı ilə keçirilən Akademiyada gənclər birlikdə maraqlı paylaşımlar, trendlər yaradacaq, “Sosial şəbəkələrdən necə istifadə edə bilərik?” sualını cavablayacaq və potensiallarını kəşf edəcəklər.

 Sosial mühitdə fərqlilik yaratmaq, təsir yaradan kampaniyalarla diqqət çəkmək üçün gəncliyin enerjisi və peşəkarların təcrübəsi #birkimibirlikdə olacaq.

Unudulmaz anlar yaşamaq, sosial medianı idarəetməyi öyrənmək, yeni dostluqlar qurmaq və şəbəkələşmək üçün hazır olun! 

Məkan: Mingəçevir şəhəri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi

Tarix: 8-13 iyun 2023-cü il

 Qeydiyyat üçün: https://forms.gle/QwFyETfmZ4DX9efu7

 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5747
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1058
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 375
“İnnovativ məktəb” l...