reklam

Əmək bazarının təhlili departamenti, Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin böyük mütəxəssisi vakansiyası

Əmək bazarının təhlili departamenti, Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin böyük mütəxəssisi.


VƏZİFƏ FUNKSİYALARI:

- Əmək bazarının proqnozlaşdırılması məqsədilə sorğu anketlərin hazırlanması və keçirilməsini təşkil etmək;
- Respublika və ərazi məşğulluq proqramlarının hazırlanması işlərini təşkil etmək;
- Məşğulluğa kömək göstərilməsi tədbirlərini nəzərdə tutan respublika və ərazi məşğulluq proqramlarının hazırlanması işlərini təşkil etmək və icrası ilə bağlı görülən işləri nəzarətdə saxlamaq, görülmüş işlərə dair məlumatları toplamaq və təhlil etmək;
- Agentliyin strategiya planının və əməliyyat planlarının Agentliyin aidiyyəti struktur bölmələri tərəfindən icrasına nəzarət edilməsində iştirak etmək;
- Agentliyin fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin təhlilinin aparılmasında və təhlilin nəticələri əsasında təkliflərin verilməsində iştirak etmək;
- Əmək bazarı və məşğulluq sahəsində tədqiqatlar aparmaq və aparılan tədqiqatların və təhlillərin nəticəsində təkliflər hazırlamaq;
- Statistik proqramlardan istifadə edərək müxtəlif məlumatlar əsasında təhlillər həyata keçirmək;
- Tədqiqat və təhlillərin hesabatlığını və təqdimatını hazırlamaq;
- Fərqli mənbələrdən daxil olmuş mövzuların tədqiqi və təhlilini həyata keçirmək.

VƏZİFƏ TƏLƏBLƏRİ:
-     Ali təhsilli (iqtisadiyyat, idarəetmə ixtisasları və ya oxşar sahələr) olmalı;
-     Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi olmalı;
-     Dil bilikləri: dövlət dili (sərbəst), ingilis dili (sərbəst);
-     Microsoft Office” proqramlarından və Datanın analizi üçün təhlil proqramlarından sərbəst istifadə edə bilməli;
-     Tədqiqat və araşdırmalar etmə bacarığı olmalı;
-     Müxtəlif mənbələrdən dataları toplama, analiz etmə və təhlillər təqdim etmə bacarığı;
-     Yüksək ünsiyyət qurma bacarığı olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər mövzu hissəsinə “Qeyri-formal məşğulluğa nəzarət üzrə böyük mütəxəssis” qeyd edərək CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur. 

Həmçinin bildirmək istəyirik ki, CV-lərinizi https://www.cvyarat.az/ platforması vasitəsilə yarada bilərsiniz. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az