reklam

Layihə koordinatoru vəzifəsi üzrə vakansiya

Paşa Malls Layihə koordinatoru vəzifəsinə namizədlər axtarır.

 

İşin xülasəsi:

 

Layihə Koordinatoru ticarət mərkəzlərindəki təmir/yenidənqurma layihələrinə rəhbərlik etməkdən məsuldur. Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV-lərini 25 aprel 2023-cü il saat 18.00-dək [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Əmək funksiyalarının təsviri:

 

  • Əməkdaşlığı təmin etmək üçün layihənin maraqlı tərəflərini komanda üzvləri ilə danışmaq;
  • Dizayn planlarının, cədvəllərin, hesabatların və sənədlərin hazırlanması və aparılması;
  • Layihənin gedişatını, risklərini, problemlərini və asılılıqlarını daima izləmək;
  • Ticarət və ticarət mərkəzlərinin yenidən qurulma layihələrinə rəhbərlik eləmək;
  • Subpodratçılarla sayt və ofis görüşlərinin keçirilməsi;
  • Layihə üzərində işləyən bütün maraqlı tərəflər arasında müvafiq kommunikasiyanın saxlanması;
  • DWG fayllarında bütün layihənin texniki nəzərdən keçirilməsi;
  • İstismarda olan ticarət mərkəzlərində Audit işlərinin aparılması üçün layihənin, spesifikasiyalar və BOQun hazırlanması;
  • Ticarət mərkəzlərində yoxlama planının yaxşı yerinə yetirilməsi;
  • Qarşıdan gələn yeni layihələrin buraxılış işlərinin sınaq işlərinin müşahidəsi;
  • Yoxlamaların aparılması və qarşıdan gələn və davam edən layihələrin problem siyahılarının hazırlanması;
  • Lizinq şöbəsinin tikinti komandasına olan ehtiyaclarının köçürülməsi və ötürülməsi;
  • Cari tikinti layihələri üzrə işlərin cədvəllərini mütəmadi olaraq yeniləmək;
  • Müvafiq olaraq operatorun (OCR), uyğunsuzluqlara dair sorğuların (NCR) dəyişdirilməsi üçün sorğuların hazırlanması;
  • Prosedurların və proseslərin iqtisadi cəhətdən səmərəli olmasını təmin etmək;
  • Dəyişikliklərin dəyər, grafik və keyfiyyətə təsirlərini müəyyən etmək üçün onların təhlilini həyata keçirib və təhlil eləmək;
  • Yüksək rəhbərlik üçün xüsusi hesabatların hazırlanması

 

Əsas meyarlar:

 

  • Memarlıq və ya inşaat mühəndisliyi üzrə və ya ona uyğun sahələrdən bakalavr dərəcəsi;
  • Dizayn, tikinti və/və ya pərakəndə satış sektorunda minimum 10 illik təcrübə;
  • AutoCAD proqramında mükəmməl çalışma biliyi;
  • Güclü layihə idarəetmə bacarıqları, layihənin idarə edilməsi üzrə sertifikat üstünlükdür;
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq qabiliyyəti;
  • MS Office Suite proqramlarında işləmə bacarığı;
  • Güclü planlaşdırma bacarığı;
  • Tikinti fəaliyyətlərinin auditini aparmaq bacarığı

 

Şirkət haqqında:

PAŞA Mall 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 7 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir. 
Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;

Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;

Ölkənin ilk ticarət mərkəzlərindən biri olan - 28 Mall;

Ən böyük beynəlxalq və yerli brend məkanı olan - Gənclik Mall;

Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall;

Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan - Şüvəlan Park;

Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan - Gəncə Mall


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az