Cümə axşamı, 4 Sentyabr, 2025

“Elektronçu – mühəndis” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 22 May, 2023 - 13:30
“Elektronçu – mühəndis” vəzifəsi üzrə vakansiya

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Elektronçu – mühəndis” vəzifəsi üzrə çalışmaq istəyənlər işə qəbul üçün müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:
1. Avadanlıqların tənzimlənməsi, sazlanması işlərini görmək;
2. Avadanlıqlara texniki baxışın keçirilməsi, diaqnostika-profilaktika işlərini görmək
3. Avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək;
4. Mövcud avadanlıqların işlək fəaliyyətini təmin etmək;
5. Avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmaq;
6. Avadanlıqların düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması və təmiri;
7. Sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz edilməsini təmin etmək.



Tələblər:
1. Fizika, Kimya mühəndisliyi, Elektronika-Avtomatika sahəsi üzrə ali təhsil alanlara üstünlük veriləcəkdir;
2. Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı;
3. Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı;
4. Elektrik çertyojlarını və sxemlərini oxuma bacarığı;
5. Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli;
6. Kompyuter bilikləri: İnternet, Mirosoft Office, Excell-Word, Outlook, PowerPoint;
7. Rus və ingilis dili biliklərinin olması arzuolunandır;
8. Kimya biliklərinin olması arzuolunandır.

Namizədlər CV-lərini mövzu yerinə “Elektronçu mühəndis” yazaraq [email protected] e-poçt ünvanına göndərə bilərlər. 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1103
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 254
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8100
Sumqayıt Dövlət Univ...