Rəqəmsal məhsullar üzrə məhsul sahibi (Korporativ və KOS sahəsi üzrə PO) vakansiyası

Rabitabank ASC Rəqəmsal Məhsulların İnkişafı şöbəsində, Rəqəmsal məhsullar üzrə məhsul sahibi (Korporativ və KOS sahəsi üzrə PO) vakansiyasına işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Məhsulların ümumilikdə uğur qazanması üçün prosesə rəhbərlik etmək və yeni təkliflər hazırlamaq;
  • Müştəri ehtiyaclarına uyğun olaraq məhsul ilə əlaqəli işlərin siyahısının (Backlog) hazırlanması;
  • Məhsul tələblərinin komanda üzvlərinə aydın şəkildə izah edilməsi;
  • Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesini sürətləndirmək;
  • Məhsullarla bağlı gedişatı izləmək, qiymətləndirmək və qəbul testləri tərtib etmək;
  • Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və dizayner komandalarına rəhbərlik etmək;

Vəzifəyə olan tələblər:

  • Minimum 2 il məhsul inkişafı üzrə peşəkar təcrübə;
  • Güclü analitik və texniki bacarıqlar;
  • Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı;
  • Güclü liderlik və  komanda ilə ünsiyyət bacarıqları;
  • Komandada işləmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Konfliktlərin idarəedilməsi;
  • “Dizayn thinking” üzrə biliklərə sahib olmaq;
  • Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dili  arzuolunandır;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17.02.2024-cü il tarixinə qədər [email protected] elektron ünvanına, mövzu hissəsində  “Rəqəmsal məhsul sahibi” yazaraq göndərə bilərlər. 

Nəzərinizə çatdırmaq istərdik ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət ediləcəklər.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az