Vakansiya: İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı məsləhətçisi
Vəzifə funksiyaları:
Əmək müqavilələrinin bağlanması və işdən azad olunmanların Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilməsini həyata keçirmək;
Elektron Hökumət Portalında Əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişini daxil etmək;
Ezamiyyət əmrlərini rəsmiləşdirmək, xərclərini hesablamaq və Maliyyə şöbəsinə təqdim etmək;
Qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərinin tərtib edilməsi, məzuniyyət əmrlərini (ödənişli, ödənişsiz, təhsil və s.) rəsmiləşdirmək, məzuniyyətlərin verilməsinin qeydiyyatını aparmaq, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət etmək;
İşçilərin yerdəyişmə əmrlərini rəsmiləşdirmək və bununla bağlı müvafiq tədbirlər görmək (müqaviləyə dəyişiklik, İT şöbəsinə müraciət və s.);
İşçilərin inzibati tənbehlərini (töhmət və xəbərdarlıqların) və həvəsləndirmə tədbirlərini sənədləşdirmək;
Yeni işçiləri şirkətdaxili qaydalarla və prosedurlarla tanış etmək və oriyentasiya təlimlərini həyata keçirmək;
Karyera sərgilərində iştirak etmək;
Rəhbərlik tərəfindən tələb edilən statistik hesabatlarını hazırlamaq;
Test bazasının hazırlanması və yenilənməsini həyata keçirmək;
Daxil olan müraciət anketlərinə əsasən CV bazası formalaşdırmaq;
İşçilərin davamiyyəti ilə bağlı müvafiq hesabat tərtib etmək və birbaşa rəhbərə təqdim etmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
İqtisadiyyat və ya texniki sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Dövlət qurumlarında iş təcrübəsi olanlara üstünlük veriləcək;
Yüksək səviyyədə kompüter və ofis proqramları barədə biliklər;
Xarici dil bilikləri arzuolunandır;
Xüsusi qeyd: Ezamiyyələrə hazırlıqlı olmalı
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 31 Avqust 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı məsləhətçisi” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur