Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilən peşəkar inkişaf proqramına qeydiyyta başladı

İnvestisiya sahəsində uğurlu karyeraya doğru ilk addımı bizimlə at!

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən həyata keçirilən “Gələcəyimizə investisiya” peşəkar inkişaf proqramı, karyerasını investisiya sahəsində qurmaq istəyən 4-cü kurs tələbəsi olan qızların ARDNF-nin ekspertlərinin mentorluğu ilə sahə üzrə bilik və məlumat səviyyəsini artırmaq, düzgün istiqamətləndirmək və onların şəxsi inkişafını, peşəkar bacarıqlarını gücləndirmək üçün nəzərdə tutulub.

İnkişaf proqramının davam etdiyi iki ay ərzində tələbələrə peşəkar inkişafı dəstəkləyən təlimlər keçiriləcək və sahə üzrə ekspertlərlə müntəzəm görüşlər təşkil ediləcəkdir. Həmçinin, tələbələr real iş proseslərində iştirak etməklə praktiki təcrübə qazanacaq və mentorların rəhbərliyi ilə fərdi bacarıqlarını inkişaf etdirəcəklər.

 

Seçim tələbləri:

  • Təhsil: Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, Riyaziyyat, Biznesin idarəedilməsi ixtisasları üzrə 4-cü kurs tələbəsi olmaq;
  • Maraq və motivasiya: İnvestisiya və maliyyə sahəsində karyera qurmaq istəyi;
  • Akademik göstəricilər: Ümumi orta qiymət balı (GPA) minimum 90/100 və ya ekvivalent;
  • Motivasiya videosu: Maksimum 3 dəqiqəlik qısa motivasiya təqdimatı (Azərbaycan dilində);
  • Xarici dil: İngilis dili (minimum B2 səviyyəsi).

 

Seçim prosesinin tarixləri:

  • Müraciətlərin toplanması: 11 mart - 13 aprel
  • İlkin seçim: 14-21 aprel
  • Müsahibələr: 21-28 aprel
  • Yekun seçim: 30 aprel

 

Qeyd1: Video təqdimatla bağlı aşağıdakı məqamları nəzərə almağınız xahiş olunur:

  • Video təqdimat “google drive” linkinə yerləşdirilərək müraciət formunun müvafiq hissəsinə əlavə olunmalıdır.
  • Çıxışınızda “Maliyyə və investisiya sahəsinə marağınızın səbəbi nədir?” və “Bu mentorluq proqramından nə öyrənməyi hədəfləyirsiniz və bunun gələcəkdə sizə necə faydalı olacağını düşünürsünüz?” suallarını əhatə etməlisiniz.

 

Qeyd2: Tələbələrin müraciət zamanı ümumi orta qiymət ballarını (GPA) təsdiq edən universitet tərəfindən təmin edilən möhürlü sənədi də əlavə etmələri xahiş olunur.

 

Proqramın müddəti 2025-ci ilin may-iyun aylarınıəhatə edir.

Müraciətlərin qəbulu üçün son tarix: 13 aprel 2025-ci il, saat 18:00

Müraciət üçün keçid edin


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az