reklam

Beynəlxalq daşımalar üzrə  koordinator vakansiyası

Abşeron Logistika Mərkəzi “Beynəlxalq daşımalar üzrə koordinator” vəzifəsinə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Müştərilərdən beynəlxalq daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq
  • Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq
  • Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək
  • Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək
  • Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək
  • Ekspeditorların daşıma xidmətlərinin performansını qiymətləndirmək, əlverişli qiymət tədarük imkanlarını müəyyən etmək, ekspeditor loyallığını təmin etmək
  • Potensial və mövcud müştərilərin yük hərəkətini  təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq
  • Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək
  • Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq
  • İdxal, ixrac və tranzit daşımaları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək
  • Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Beynəlxalq daşıma sahəsində 5 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli

 

Peşəkarlıq tələbləri:

  1. Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı
  2. Müştərini dinləmək və inandırmaq bacarığı
  3. Təqdimat bacarığı
  4. Proses idarəçiliyi bacarığı

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə 
bilərlər. CV-lərin qəbulu üçün son tarix 16 aprel 2023-cü il tarixidir. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq daşımalar üzrə  koordinator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə 
baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız 
seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az