Bazar ertəsi, 1 Sentyabr, 2025

Respublika fənn olimpiadalarına qeydiyyat başlayır


  • Dərc edildi: 14 Noyabr, 2023 - 11:12
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır

Respublika fənn olimpiadalarına qeydiyyat başlayır

 

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq xidmətdən faydalana bilərlər:

 

  • 13 – 23 noyabr tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi;
  • 28 noyabrdan buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə edilməsi prosesi həyata keçiriləcək.

 

Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16 (8-9-cu siniflər) və 17-də  (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də keçiriləcək.

 

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.

 

 

Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

 

 

Fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 973
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 199
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7862
Sumqayıt Dövlət Univ...