"Techspace Azerbaijan" şirkəti Satış meneceri vakansiyasını açıq elan edir

"Techspace Azerbaijan" şirkəti Satış meneceri vakansiyasını açıq elan edir.



Vəzifə öhdəlikləri:
·        Şirkətin satış hədəflərinə nail olmaq üçün uzunmüddətli və qısamüddətli strategiyalar qurmaq
·        Potensial müştərilərin tapılması, onlarla əlaqə qurulması və mövcud müştərilərlə davamlı münasibətlərin saxlanılması
·        Satış planlarının hazırlanması və komanda üzvlərinə satış hədəflərinin təyin edilməsi
·        Rəqiblərin təhlili, bazar meyillərinin izlənməsi və müştərilərin ehtiyaclarının müəyyən edilməsi.
·        Satış komandasının idarə oluSatış qrupuna rəhbərlik etmək, onları motivasiya etmək və performanslarını izləmək.
·        Şirkətin məhsul və xidmətləri ilə bağlı müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması və şikayətlərin həlli.
·        Satış nəticələrinin təhlili, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
·        Satışların artırılması ilə şirkətin gəlir hədəflərinə çatmaq
Tələblər:
·        İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya əlaqədar sahələrdə ali təhsil. Bəzi hallarda, iş təcrübəsi təhsil səviyyəsini əvəz edə bilər.
·        Satış meneceri kimi ən azı 3-5 illik iş təcrübəsi
·        Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq, müştərilərlə effektiv şəkildə əlaqə saxlaya bilmək.
·        Satış strategiyalarını inkişaf etdirmək və həyata keçirmək bacarığı, bazar tendensiyalarını və rəqibləri təhlil etmək bacarığı.
·        Satış performansını təhlil etmək, satış məlumatlarını toplamaq və hesabatlar hazırlamaq bacarığı.
·        Müştəri ehtiyaclarını başa düşmək və onların məmnuniyyətini təmin etmək qabiliyyəti.
·        Problemləri vaxtında aşkar edib həll etmək, çətin vəziyyətlərdə soyuqqanlılığını qorumaq bacarığı.
·        Müştərilərlə danışıqlar aparmaqda peşəkar olmaq.
·        CRM (Müştəri Münasibətləri İdarəetməsi) sistemləri, Microsoft Office proqramları (xüsusilə Excel), və digər satış təhlili və idarəetmə alətlərində bacarıqlı olmaq.
·       İngilis dili və ya digər xarici dilləri bilmək üstünlük hesab olunur.


Uyğun namizədlər [email protected] “satış meneceri” başlığı altında göndərə bilərsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az