İnsan Resursları Biznes Tərəfdaşı vakansiyası

Xonça MMC Fabriki "İnsan Resursları Biznes Tərəfdaşı" (istehsalat və retail sahəsi üzrə) vakansiyası üzrə işə qəbul elan edir!

Tələblər:

- Ali təhsil; (Sosyologiya, Psixologiya, İnsan Resursları üzrə üstünlükdür)
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Dil bilikləri - ana dili səlist ( Rus , İngilis dili üstünlükdür);
- Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri;

Vəzifə öhdəlikləri:

- Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
- Namizədlərlə ilkin müsahibələri keçirmək;
- Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
- Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
- İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
- İş analizinin aparılması və iş gücü planlaması;
- Nizam- intizamla bağlı məsələlərinin araşdırılması, təqibi və qərarların verilməsi;

Təminatlar:

- Servis xidməti;
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər "İnsan Resursları Biznes Tərəfdaşı" adını mövzu hissəsində qeyd etməklə CV formalarını  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az