
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin idarəetmə aparatının Maliyyə planlaması və təhlili Departamentinin Büdcə və planlama şöbəsinin rəis müavini axtarırıq:
Vəzifə funksiyaları:
🔹 Müəssisənin təsdiq edilmiş normativ sənədlərinə uyğun olaraq büdcənin hazırlanmasın və nəzarətin həyata keçirilməsi;
🔹 Effektiv büdcə siyasəti və prosedurlarının tərtib edilməsi və onların icrasının idarə edilməsi;
🔹 Büdcə inkişafı üzrə strateji, illik və aylıq planın hazırlanmasında iştirak edilməsi və müəyyən edilmiş bəndlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
🔹 Büdcə təkliflərinin və sorğularının nəzərdən keçirilməsi;
🔹 Büdcənin formalaşdırılması və hazırlanması prosesini təşkil edilməsi və əlaqələndirilməsi;
🔹 Büdcələrin uyğunluğunun yoxlanılması və aylıq kənarlaşmaların təhlilin aparılması;
🔹 Büdcə limitlərini aşmamaq məqsədi üçün müəssisənin maliyyə məlumatlarının təhlil edilməsi (xərcləri və gəlirləri);
🔹 Dövrlər üzrə büdcənin icrası üzrə hesabatların hazırlanması, iqtisadi fəaliyyətin faktiki nəticələrinin planlaşdırılmış nəticələrdən kənara çıxmasının səbəblərinin təhlil edilməsi;
🔹 Büdcə icraatı və müəssisə xərclərinə nəzarət edilməsi və xərclərin maliyyə təhlilinin aparılması;
🔹 ERP sisteminə məlumatların daxil edilməsinin təşkil edilməsi.
Namizədə dair tələblər:
🔹 Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyət üzrə təhsil);
🔹 Minimum 3 il maliyyə sahəsində təcrübə;
🔹 ACCA F5 və F7 sertifikatların olması üstünlükdür;
🔹 MS Office yüksək səviyyədə bilməli;
🔹 Azərbaycan dili mütləqdir, İngilis və Rus dili bilikləri üstünlükdür;
🔹 Mühasibat proqramları və ERP sistemləri üzrə iş təcrübəsinə malik olmalıdır;
🔹 Yenilikçi, fəal və etibarlı.
Vakansiyaya maraq göstərən namizədlərin CV-lərini “Büdcə və planlama şöbəsinin rəis müavini” başlığı ilə [email protected] elektron poçtuna 03.03.2025-ci il tarixinədək göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur