Bazar ertəsi, 12 May, 2025

Mühasib vakansiyası


  • Dərc edildi: 23 Noyabr, 2023 - 16:08
Mühasib vakansiyası

Mühasib

Vəzifə öhdəlikləri:

Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;

Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;

Balans, avans hesabatının aparılmasını təmin etmək;

Hesab və elektron qaimə-fakturaların yazılması;

Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi

Gündəlik hesabları üzrə qalıqlar hesabatı;

Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;

Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;

Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;

Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;

Şöbəsinə aid iş bölgüsünun aparılması,tapşırıqların verilməsi və icrasına nəzarət

Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;

Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;

İş prosesində məlumatların məxfiliyinin saxlanılması;

Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Namizədə tələblər:

Ali ixtisas (iqtisad - maliyyə) təhsilli;

Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayan iş stajı olmalı; (Restoran və ya otel sahəsində iş təcrübəsi üstünlük sayılır

Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması 

Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli; 

Vergi hesabatlarının ( ƏDV, ÖMV, Mənfəət) hazırlanmasını bilməli.

Kompüter bilikləri üzrə MS Office (xüsusilə Excel), mühasibatlıq proqramını , Outlook və işgüzar yazışma əsaslarını bilməli;

İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;

Korporativ idarəetmə sisteminin əsaslarını və korporativ mədəniyyətin əsaslarını bilməli;

Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

 

İş şərtləri:

Həftə içi 6 gün 

İstirahət günü - bazar günləri

Əmək haqqı razılaşma əsasında

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Nahar şirkət tərəfindən təmin edilir.

 

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected]  adresinə göndərməyiniz xahiş olunur

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 27
“Pedaqoji Universite...
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 340
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 769
BANM-da “Açıq qapı” ...