Bazar ertəsi, 25 Avqust, 2025

“Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə start verilir


  • Dərc edildi: 28 Sentyabr, 2024 - 20:02
“Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə start verilir

“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə yazıların qəbulu davam edir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqidir. 

Təhsilin istənilən pilləsində 2 il pedaqoji təcrübəyə malik olan müəllimlər müsabiqədə iştiraka dəvət olunurlar.

 Müsabiqəyə ədəbi dilin bədii, elmi və ya publisistik üslublarından biri üzrə müəllimin öz peşəsinə baxışına dair istənilən mövzuda, yalnız Azərbaycan dilində yazılmış esselər qəbul ediləcək.

 Müsabiqənin mükafat fondu 10 000 (on min) manat dəyərindədir: 

I yer (bir nəfər) – 3 000 AZN
II yer (iki nəfər) – 2 000 AZN
III yer (üç nəfər) – 1 000 AZN 

Müsabiqədə qiymətləndiriləcək esselərə dair tələblər və qiymətləndirmə meyarları ilə aşağıdakı fayldan tanış ola bilərsiniz. Müsabiqəyə təqdim edilən işlər tanınmış pedaqoq və təhsil mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.  

28 sentyabrdan start veriləcək müsabiqəyə esselərin qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 1 dekabr 2024-cü il tarixinədək davam edəcək.

 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 479
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 96
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7368
Sumqayıt Dövlət Univ...