21 Sentyabr 16:37

7cisi keçiriləcək olan AzeCONun bu ilki mövzusu – Sehirbazlardır!

Sizə sehirlə dünyanın qapılarını açırıq!
7cisi keçiriləcək olan AzeCONun bu ilki mövzusu – Sehirbazlardır!

AzeCON, Azərbaycan və “convention” sözünün qısaca birlikdə istifadə olunması ilə yaranan anlayışdır və Avropada Eurocosplay, Amerikada San Diego Comic-con, Anime Expo, Londondaki MCM Expo kimi eyni məqsədli tədbirlərin Azərbaycanda keçirilən formasıdır.

Azərbaycanda anime, manqa,Yapon müasir mədəniyyəti, comics, kompyuter oyunları ilə maraqlanan insanları böyük miqyasda bir araya gətirməyi hədəfləyirik.

Proqramda:
– Cosplayerlərimizin möhtəşəm müsabiqəsi
– Rəngarəng K-pop rəqsləri
– Mini yapon konserti
– Rock Konsert
– Əyləncəli stendlər və bir çox başqa sürprizlər

Tədbir mövzüsuna baxmayaraq hər kəs istədiyi cosplayi edə bilər. Cosplaysizsinizsə, gəlib baxa və yenə əylənə bilərsiniz.

6 oktyabr saat 13:00-da.

Bakı Idman Sarayı

Neftçilər pr, Səbayıl, Baku, Azerbaijan


Bilet

Biletləri ASAN xidmət və İticket kassalarından online və ya birbaşa əldə edə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)