“Satış Meneceri” sahəsi üzrə vakansiya

Texnoera Academy “Satış Meneceri” sahəsi üzrə vakansiya elan edir. 
 


Vəzifə öhdəlikləri:


Tədris proqramlarının hədəflərə uyğun satışını təşkil etmək.
Müştərilərlə onlayn və ya oflayn görüşlər keçirmək.
Namizədlərin təhsil ehtiyaclarını düzgün analiz edərək onları uyğun tədris proqramlarına cəlb etmək.
Yeni müştəri bazasını formalaşdırılmaq və idarə etmək.
Aylıq satış hesabatlarını hazırlamaq və təqdim etmək.
Satışın tələblərinə uyğun yeni tədris qruplarının və proqramlarının yaradılmasını təklif etmək.
 


Namizədə tələblər:


Satış üzrə ən az 1 il, ümumi isə ən az 2 il iş təcrübəsinin olması.
Yüksək satış qabiliyyətli, hədəfyönümlü olmaq.
Güclü ünsiyyət və təqdimat bacarığı.
Azərbaycan dilini əla, rus və ingilis dillərini minimum orta səviyyədə bilmək.
Ofis proqramlarında yaxşı işləmə bacarığı.
Analitik düşünmə qabiliyyəti, sürətli qərar verə bilmək.
Problem həlletmə bacarığı.



Vəd etdiklərimiz:


Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti.
Texnoera Academy-nin daxilindəki bütün dərslərə giriş imkanı.
Mobil telefon və korporativ nömrə.
Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Rəqabətə davamlı əmək haqqı və satışa görə bonus.
 


Şərtlər :


İş günləri və saatları : I-V günlər saat 11:00-19:00 / VI gün saat 11:00-15:00
Əmək haqqı: 500/600 azn + hər satışdan 10% bonus

Əgər işinizə və sizə dəyər verilən və daim inkişaf edən iş mühitində yer almaq istəyirsinizsə CV-nizi [email protected] mail ünvanına “Satış Meneceri” başlığı ilə göndərin!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az