Bazar ertəsi, 23 İyun, 2025

"Məktəbin savadlı maliyyəçiləri" layihəsinin bağlanış mərasimi keçirilib


  • Dərc edildi: 18 Yanvar, 2024 - 17:47
"Məktəbin savadlı maliyyəçiləri" layihəsinin bağlanış mərasimi keçirilib

18 yanvar 2024-cü il tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan Ucar rayonu Alpı kənd tam orta məktəbinin "Məktəbin savadlı maliyyəçiləri" layihəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Ucar rayon Təhsil Sektorunun əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak edib.
Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözləri ilə açan layihə qalibi, Alpı kənd tam orta məktəbinin direktoru Səidə Quliyeva qrant müsabiqəsinin, xüsusi ilə bu layihənin əhəmiyyəti və mahiyyəti barədə danışıb.

Layihənin məqsədi ucqar kənd məktəblərinin şagirdlərinin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsi və onların müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması ilə maliyyə savadlılığının inkişaf etdirilməsinə yardımçı olmaqdır.

4 ay müddətində həyata keçirilən layihədə 4 kənd məktəbinin 60 şagirdi ilə 2 qrup şəklində,  ümumilikdə 5 gün ərzində pul nişanları, qənaət və israf, pulun tarixi və büdcə anlayışları mövzularında 30 saatlıq təlimlər təşkil olunub.

Qeyd edək ki, "Məktəbin savadlı maliyyəçiləri" layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olub.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 139
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 770
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 188
Sertifikatlaşdırmada...